“Müharibənin uşaqları futbolla baş qaldırdı”

14:05 - 25 Avqust 2017

“Qarabağ”ın “Kopenhagen”i sıradan çıxarıb Çempionlar Liqasında qruplara qalmasından sonra təmsilçimiz bütün diqqətləri özünə cəlb edib. 2 gündü ki, qitənin saysız-hesabsız media orqanları ağdamlılar haqqında yazılar paylaşır.

 

Sportal.az xəbər verir ki, məsələyə biganə qalmayanlarda biri də Türkiyənin  “Sabah” qəzetidi. “Müharibənin uşaqları futbolla baş qaldırdı” başlıqda verilən yazıda təmsilçimizin 1993-cü ildən – Ağdamın işğalından sonra köçkün həyatı yaşamasından və son illərdəki uğurlarından bəhs edilib. Həmçinin, klubun vitse-prezidenti Tahir Gözəlin də fikirlərinə yer verilib:

 

“2008-ci ildə baş məşqçimiz Qurban Qurbanovun gəlişi ilə “Qarabağ” üçün yeni dövr başladı. 3 il ardıcıl Avropa Liqasında mübarizə apardıq. Bu il hədəfimiz ÇL-in qruplarına vəsiqə qazanmaq idi və bunu bacardıq. Kollektivimiz daha yaxşısnı da bacaracaq birliyə, bərabərliyə və motivasiyaya sahibdi”.

 
Yazının sonunda isə Qurbanovun “Barselona” azarkeşi olduğu, özünün 2012-ci ildə Kataloniya təmsilçisinin baş məşqçisi olan Pep Quardiolanı ziyarət edib, ondan nələrsə öyrəndiyi də qeyd edilib.

 

Xəbər xətti