"Qarabağ" "Çelsi", "Atletiko" və "Roma"nı "Azərsun Arena"da qəbul edəcək

19:00 - 27 Avqust 2017

Bu il ölkəmizi “Qarabağ”ın əsas komandası ilə yanaşı 19 yaşlıları da Çempionlar Liqasında təmsil edəcək.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun başçılıq etdiyi kollektivin ev oyunlarını harada keçirəcəyi bəlli olub. “Atlılar” rəqiblərini əsas komandanın Premyer Liqada ev oyunlarını keçirdiyi stadionda – “Azərsun Arena”da qəbul edəcək. Bu haqda məlumatı Futbol11.az saytına açıqlamasında klubun mətbuat katibi Nurlan İbrahimov verib.

 

Qeyd edək ki, “Qarabağ”ın 19 yaşlıları da əsas komandada olduğu kimi “Çelsi”, “Atletiko” və “Roma” ilə qarşılaşacaq.

Xəbər xətti