"Əlbəttə, bilirdik ki, "Qəbələ"ylə çətin qarşılaşma olacaq. “Kopenhagen”lə ağır görüşdən sonra fiziki səviyyədə güclü olan komandaya qarşı oynadıq. Komandamız özünü yaxşı göstərdi".
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera deyib. Klubun rəsmi "Facebook" səhifəsinə verdiyi açıqlamada ispan futbolçu Çempionlar Liqasının son püşkatmasına da münasibət açıqlayıb:
“Aydın məsələdir ki, çətin qrupda yer almışıq. Üstəlik “Atletiko” son 3 ildə 2 dəfə ÇL-in finalında oynayıb. Təcrübəli komandalardır. Rəqiblərimizlə oyunlar səfərdə çox çətin olacaq. Ancaq doğma divarlar arasında azarkeşlərimizin dəstəyilə nəticə əldə etməyə çalışacağıq".
saytlarin hazirlanmasi