Əfran İsmayılov 200-ü fəth etdi

14:43 - 28 Avqust 2017

“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Topaz Premyer Liqasının III turuna təsadüf edib. “Qəbələ” ilə matça start heyətində başlayan Əfran bunadək 199 qarşılaşmada forma geyinmişdi. Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən İsmayılov ilk matçını da “Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi “Bakı”da 17, “İnter”, “Turan” və “Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.

 

Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.

Xəbər xətti