Yunanıstanın PAOK klubunun üzvü Pedro Enrike Konzenin ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, transfer baş tutmaya bilər.
Sportal.az xəbər verir ki, buna səbəb klublar arasında razılıq əldə olunmamasıdır. "Gazetta.gr" saytının məlumatına görə, "Qarabağ" futbolçunu icarəyə götürmək isyətir. Amma Saloniki təmsilçisi braziliyalı futbolçunu satmaq niyyətindədir. İddiaya görə, POAK futbolçunun transferindən 3 milyon avro qazanmaq istəyir. Lakin "Qarabağ" bu məbləği ödəmək niyyətində deyil.
Bildirilir ki, hazırda bu məsələ barədə iki klub arasında danışıqlar gedir.
Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.
saytlarin hazirlanmasi