Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" transfer pəncərəsinin son günlərində 3 futblçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "Trabzonspor"dan Ramil Şeydayevi, PAOK-dan Pedro Enrikeni, "Olimpiakos"dan isə Tarik Elyunussini rənglərinə bağlayıb. Hər üçü futbolçu "atlılar"da 1 illik icarə əsasında çıxış edəcək.
Yeni transferlərin forma nömrələri də bəlli olub. Norveç millisinin yarımmüdafiəçisi Tarik Elyunussi 18, braziliyalı vinger Pedro Enrike 10, milli komandamızın hücumçusu Ramil Şeydayev isə 90 nömrəli forma altında "Qarabağ"da çıxış edəcək.
saytlarin hazirlanmasi