“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatdığı Pedro Enriko artıq Bakıya gəlib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin yeni futbolçusu bu komandaya keçidi və gələcək hədəfləri haqda klubun rəsmi saytına açıqlama verib:
"Qarabağ"a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Komanda, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Bakı da olduqca gözəl şəhərdi. Klubun bazasıyla tanış oldum, burada futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl Riçard Almeydayla danışdım, o da kifayət qədər məlumat verdi.
"Qarabağ"ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim.
"Qarabağ" Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdu. Mən də buraya öz oyunumla komandama kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədi. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.
saytlarin hazirlanmasi