UEFA “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində düzəliş edib.
Sportal.az xəbər verir ki, qrumun rəsmi saytı əvvəlcə komandanın baş məşqçisi kimi Afrandil Hacıyevi göstərmişdi.
U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından UEFA komandanın baş məşqçisi kimi Hacıyevin adını qeyd etmişdi. Lakin Hacıyev müvəqqəti olaraq - Çempionlar Liqasının oyunları zamanı U-19-a rəhbərlik edəcək.
Qitənin ali futbol qrumu artıq səhvini aradan qaldırıb və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.
saytlarin hazirlanmasi