“Qarabağ”ın legionerindən təqdirəlayiq addım

17:55 - 8 Sentyabr 2017

“Çelsi”nin sabiq baş məşqçisi Avram Qrantın Bakıda “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçakla görüşməsinin səbəbi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun üzvü sabiq klubu “Legiya”nın azarkeşləri üçün məşhur mütəxəssisdən kömək istəyib. Polşa klubunun keçmiş oyunçusu “Legiya”nın “Əlil fanatlar” qrupunun 15 üzvünü Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Londonda keçiriləcək “Çelsi” – “Qarabağ” oyununa dəvət edib. 

 

Qrant da bu məsələ ilə bağlı Bakıya gəlib və Kuba ilə müzakirələr aparıb. 

 

Futbolçu özü də sosial şəbəkədə fanatlara təşəkkür edib: “Hamınıza təşəkkür edirəm. Məqsədim sizə dəstəyi davam etdirməkdir. Londona getməyə hazırıq. Sonuncu oyunumuz olmayacaq”.

 

Xəbər xətti