Kamerunlu hücumçu Samuel Eto Türkiyənin "Konyaspor" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı hücumçu ilə 2020-ci ildə başa çatacaq müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. Eto Super Liqa klubundan 1 milyon avro təzminat alacaq.
Qeyd edək ki, Eto ötən mövsümün qış fasiləsində "Antalyaspor"dan ayrılaraq, "Konyaspor"a keçmişdi.
saytlarin hazirlanmasi