"Qarabağ" Belarusa yollandı

14:42 - 13 Avqust 2018

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə ilk oyununu keçirəcəyi Belarusa yollanıb. 

 

Sportal.az xəbər verir ki, Ağdam klubu dünən adıçəkilən ölkəyə çatıb. "Qarabağ" yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla saat 19:00) BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

 

Baş məşqçi Qurban Qurbanov isə yerli vaxtla saat 17:45-də (Bakı vaxtıyla 18:45) media mənsublarının suallarını cavablandıracaq.

 

BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

Xəbər xətti