Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması üçün Minskdə olan "Qarabağ" komandası BATE ilə oyundan əvvəl qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da məşqə çıxmalı idi.
Sportal.az xəbər verir ki, komanda ənənəvi məşq prossesinə qatılmaqdan imtina edib. Buna səbəb, Qarabağın məskunlaşdığı otelin stadiondan 70 km-dən artıq məsafədə yerləşməsidir. Buna görə də, "Qarabağ" son məşqini Minskdə yerləşən "Olimpiya" stadionunda edib.
Qeyd edək ki, "Qarabağ" - BATE görüşü bu gün Bakı vaxtı ilə 21:00-da keçiriləcək.
saytlarin hazirlanmasi