Türkiyədə transfer pəncərəsinin bağlanmasına az qalmış "Bursaspor"un əldə etdiyi gəlir bəlli olub.
Sportal.az xəbər verir ki, Bursa təmsilçisi 4,7 milyon avro gəlir əldə edib. Super Liqa klubu 2017-ci ilin yayında "Admira Vakker"dən 400 min avroya aldığı Con Delarjı ucuz qiymətə satıb. Azərbaycan çempionu "Qarabağ" "yaşıl timsahlar"ın 28 yaşlı konqolu forvardını 170 min avroya alıb. Bu isə Türkiyə klubunu 230 min avro ziyana salıb. Bursalılar digər transferlərdən qazanc götürüb.
Super Liqa klubu U-21 millimizin üzvü Ozan Can Kökcünü I Liqa təmsilçisi "Giresunspor"a keçməsinə mane olmayıb. Aşağı liqa klubu ilə 3 illik müqavilə imzalayan vingeri sözləşməsinə əsasən, "Bursaspor" gənc oyunçunu istədiyi vaxt heyətinə qaytara bilər.
saytlarin hazirlanmasi