Almeyda və Enrikedən "Qarabağ"a dəstək VİDEO

12:40 - 27 Avqust 2018

“Qarabağ”ın sabiq üzvləri Riçard Almeyda və Pedro Enrike Azərbaycan derbisində “Neftçi”yə qarşı keçirilən oyunda sabiq komandasına dəstək nümayiş etdiriblər.

 

Sportal.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubunda çıxış edən oyunçular matçı izləyib, “Qarabağ”ın qoluna seviniblər. 

 

"Qarabağ" - "Neftçi" görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb. Ağdamlılardan İnnosent Emeqara fərqlənib.

 

Qeyd edək ki, millimizin üzvü olan Riçard 2012/2018-ci illərdə Ağdam klubunda çıxış edib. Pedro isə ötən mövsümü “Qarabağ”da icarə əsasında keçirib.

 

Xəbər xətti