"Qarabağ" "Şerif" qarşısına ciddi itkilərlə çıxacaq

19:25 - 27 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Şerif”lə qarşılaşacaq “Qarabağ”ın heyətində ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, ispaniyalı Dani Kintanın oyunu buraxacağı əvvəlcədən bəlli idi.

 

Digər zədəli futbolçular isə Miçel, Hannes Haldorsson və Abdullah Zubirdir. Miçel Topaz Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçirilən matçın hazırlıqları zamanı zədələnib və 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq. Hannes isə “Şerif”lə ilk oyunun hazırlıqları zamanı qasıq nahiyəsindən zədə alıb. İslandiyalı qapıçının cavab oyununa qədər hazır olacağı gözlənilmir.

 

Zubir isə zədəsini sağaldıb və “Şerif”lə keçiriləcək cavab matçında meydanda olacaq.

 

Qeyd edək ki, “Qarabağ” səfərdə keçirilən ilk oyunda 0:1  hesablı məğlub olub. Cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Xəbər xətti