Rail Məlikov “Sumqayıt”da yubiley oyununu keçirib.
Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ”la səfər matçı təcrübəli müdafiəçi üçün əlamətdar olub. O, 50-ci dəfə “Sumqayıt” formasında Premyer Liqa görüşünü keçirib. Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. Futbolçu 2016/17 mövsümündə 24, ötən çempionatda 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.
Məlikov “Sumqayıt”ın tarixində 50 və daha çox Premyer Liqa matçına çıxan 19-cu futbolçudur.
saytlarin hazirlanmasi