Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Qarabağ”la səfər qarşılaşmasının ardından 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib.
Sportal.az xəbər verir ki, Nazim Süleymanovun çalışdırdığı kollektiv bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Keşlə” ilə qarşılaşmanın hazırlığına start verib.
Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib.
Bundan başqa əvəzedici heyətdən Fərid Kərimzadə və Əli Əliyev əsas komanda ilə birlikdə məşq edib. 1,5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması sentyabrın 23-də keçiriləcək.
saytlarin hazirlanmasi