"Qarabağ"la oyundan əvvəl "Sportinq"in ulduzlarının son durumu

10:39 - 18 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq Portuqaliyanın "Sportinq" klubunda zədəli futbolçulardan olan Luiş Nani hazır vəziyyətə gəlib.

 

Sportal.az saytının məlumatına görə, 31 yaşlı futbolçu məşqlərə başlayıb və o, "Qarabağ"la görüşdə komandasına kömək edə biləcək.

 

Lissabon təmsilçisinin digər ulduzu Bas Dostun isə meydana çıxıb-çıxmayacağı bəlli deyil. Hollandiyalı forvard hələ də məşqlərə qatılmayıb.

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də baş tutacaq. 

Xəbər xətti