Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməlidir. “Zirə” komandası protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etmədiyinə görə oyunun nəticəsi ləğv edilir, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
saytlarin hazirlanmasi