"Vorskla"nın baş məşqçisi: "Qarabağ"ın avrokubok təcrübəsi var"

14:13 - 18 Sentyabr 2018

"Güclü qrupa düşmüşük. Bizim üçün böyük təcrübə olacaq. Əlimizdən gələni edəcəyik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko deyib. 43 yaşlı mütəxəssis qrupda "Qarabağ"ı autsayder hesab etməyib: "Qarabağ"ın təcrübəsi var. Onlar 6-7 ildir qrup mərhələsində çıxış edirlər. Rəqiblərimiz güclü komandalardır".

 

Qrup mərhələsinin ilk turunda səfərdə qarşılaşacaqları "Arsenal" haqda danışan çalışdırıcı rəqibin qüsursuz olmadığını vurğulayıb: "Rəqibimiz ulduzlardan ibarət komplektləşdirilmiş komandadır. Ancaq onları qüsursuz adlandırmaq olmaz, əsas da müdafiə xəttlərini. "Arsenal"ın Unai Emeri kimi 3 dəfə Avropa Liqasını qazanan təcrübəli baş məşqçisi var".

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" səfərdə "Sportinq"in, "Vorskla" isə "Arsenal"ın qonağı olacaq.

Xəbər xətti