Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun ulduz futbolçusu Bas Dostun son durumuna aydınlıq gəlib.
Sportal.az saytının məlumatına görə, bir müddətdir zədəli olan Hollandiyanın millisinin üzvü 1 ay yaşıl meydanlardan kənar qalacaq. 29 yaşlı forvard zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. Komanda ilə məşqlərə başlayan Luiş Naninin isə Ağdam klubuna qarşı oynayıb-oynamaycağı bəlli deyil.
Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də Bakı vaxtı ilə 23-00-da baş tutacaq.
saytlarin hazirlanmasi