Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək "Sportinq" klubu öz azarkeşlərinə müraciət ünvanlayıb.
Sportal.az xəbər verir ki, ötən mövsüm "Atletiko" ilə oyundan sonra UEFA-nın verdiyi cəzanı xatırladan Lissabon təmsilçisi eyni halın təkrarlanmaması üçün azarkeşlərdən stadiona partlayıcı və yanıcı maddələr gətirməməyi, eyni zamanda, meydançaya yad əşyalar atmamağı xahiş edib.
Qeyd edək ki, ötən mövsüm Avropa Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə cavab oyununda (1:0) "Sportinq" azarkeşlərinin meydana atdığı əşyalardan biri hakimə dəymişdi. Hadisəni araşdıran UEFA Portuqaliya klubuna cəza vermişdi. Bu səbəbdən "Qarabağ"la bu gün keçiriləcək qarşılaşmada "Joze Alvalade" stadionunda 3 min nəfərlik yer boş qalacaq.
Xatırladaq ki, "Sportinq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi