Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində "Latsio" (İtaliya) - "Apollon (Kipr) oyununu idarə edib.
Sportal.az xəbər verir ki, Romada “Olimpiko” stadionunda baş tutan matçda meydan sahibləri 2-1 hesablı qələbə qazanıb. 30 yaşlı referi bu görüşdə meydan sahiblərinin 3, qonaqların 1 futbolçusuna sarı vərəqə göstərib. Ağayevin 84-cü dəqiqədə qonaqların qapısına təyin etdiyi penaltini "Latsio" dəqiq yerinə yetirib.
Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov, həmçinin dördüncü hakim Mübariz Haşımov yardımçı olub.
saytlarin hazirlanmasi