Gerye tərifləndi, Zubirin oyunu tənqid edildi

12:34 - 21 Sentyabr 2018

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" səfərdə "Sportinq"ə 0-2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, Portuqaliya mətbuatı qarşılaşmada özünü ən yaxşı və ən pis tərəfdən göstərən futbolçulardan yazıb. Həmkarlarımız Ağdam klubundan Donald Geryenin oyununu müsbət qiymətləndiriblər. Mərakeş əsilli fransalı Abdullah Zubir isə bərbad oyununa görə qeyd edilib:

 

Xəyal qırıqlığı

 

"Zubir Azərbaycan tərəfinin ən zəif bəndi idi. Onun oyunu olduqca xəcalətli idi. Makedoniyalı Ristovski sağ cinahda onun qarşısını almışdı və hücumlara çox asan qoşulurdu. İkinci hissədə Qurban Qurbanov fransalını zəif oyununa görə meydandan çıxardı. Ancaq onu qeyd edək ki, Mərakeş əsilli futbolçunun oynadığı vaxt israf idi".

 

"Bu oyunçunu satmaq istəyirsiz?"

 

"Qarabağ"dan oyununa görə müsbət tərəfdən Donald Gerye seçildi. Cinahda hücumların qarşısını yaxşı kəsirdi. Hətta oyundan sonra Azərbaycandan gətirilmiş jurnalist "Sportinq"in baş məşqçisinə Geryeni almaq istədikləri barədə soruşdu. Pizeyru isə "Geryeni satmaq istəyirsiniz?" deyərək, cavab verdi".

 

 "Sportinq"in heyətində Rafinya, Luiş Nani, Markos Akunya və Fredi Montero xüsusi qeyd olunub.

Xəbər xətti