Azərbaycanın mövqeyi dəyişmədi

12:45 - 21 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, oynanılan matçlardan sonra  Azərbaycanın  mövqeyi dəyişməz qalıb. 18.500 xalı olan ölkəmiz 26-cı sırada qərarlaşıb. Avroliqada mübarizə aparan "Qarabağ" "Sportinq"ə uduzduğu üçün xal ehtiyatımızda dəyişiklik olmayıb.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.625 xalı var.

Xəbər xətti