Rodriqo Battalya: "Aşağı səviyyəli komandalarla oynamaq bəzən çətin olur"

13:18 - 21 Sentyabr 2018

"Evimizdə yaxşı futbol sərgilədik. Biz nəticədən məmnunuq, çalışmağa davam etməli, irəli baxmalıyıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 2-0 hesabı ilə məğlub edən "Sportinq"in futbolçusu Rodriqo Battalya deyib.

 

Argentina millisinin üzvü "Qarabağ"ın onlara çətinlik yaratdığını deyib: "Aşağı səviyyəli komandalar bura gələndə bizə bəzən çətin olur. Amma biz çoxlu cəhd etdik və qalib gəldik. Avropa Liqasında hədəfimiz hər oyunda qalib gəlmək və mümkün qədər irəli getməkdir".

Xəbər xətti