"Sportinq"in qələbə memarı: "İlk matçda qalib gəlmək çox vacib idi"

18:18 - 21 Sentyabr 2018

"Qarabağ"la oyunun çətin keçəcəyini bilirdik. Bu, həqiqətən də belə oldu".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a 2-0 hesabı ilə qalib gələn "Sportinq"in futbolçusu Rafinya deyib. 21 yaşlı hücumçu qələbədən məmnun olduqlarını deyib: "Avropla Liqasında ilk qoluma görə xoşbəxtəm. Bu, mənim üçün xüsusi olacaq. Rəqib yaxşı komandadı idi, çətin maneəni aşa bildik. İlk turda qələbə çox vacib idi".

 

Qeyd edək ki, braziliyalı forvard oyunda 1 qol vurub, 1 assist edib.

Xəbər xətti