Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

00:01 - 22 Sentyabr 2018

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu m'lum olub.

 

Sportal.az xəbər verir ki, Leverkuzen "Bayer"inin yarımmüdafiəçisi Kay Haverts ən yaxşı oyunçu seçilib. 

 

19 yaşlı yarımmüdafiəçi səsvermədə Pyer-Emerik Obameyanq ("Arsenal"), Ever Baneqa ("Sevilya") və İzet Hayroviçi ("Dinamo" Zaqreb) qabaqlayıb.

 

Qeyd edək ki, Almaniya millisinin üzvü "Ludoqorets"lə matçda (3-2) 2 qol vurub.

Xəbər xətti