“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da təmir işləri davam edir.
Sportal.az xəbər verir ki, artıq əsas meydançaya səpilmiş toxum cücərməyə başlayıb.
Köməkçi stadion kimi nəzərdə tutulan təbii ot örtüklü meydana qum səpilməsinə start verilib. Ərazidə 2 ədəd mini futbol sahəsinin süni ot örtüyünün döşənməsi işlərinə başlanılıb.
Qeyd edək ki, süni örtüklü köməkçi stadionun təmiri artıq başa çatıb.
saytlarin hazirlanmasi