Topaz Premyer Liqasında I turdan təxirə salınmış matçda “Zirə” səfərdə “Qarabağ”a 2-3 hesabı ilə uduzdu.
Sportal.az xəbər verir ki, oyundan sonra "qartallar"In məşqçisi Vəfadar Quliyev mətbuat konfransında məğlubiyyətlə bağlı danışıb:
- Çətin oyun oldu. Birinci hissəyə yaxşı başlamadıq. Fasilədən sonra istədiyimizi az da olsa, ala bildik. Daha iddialı “Zirə” yaratmaq istəyirik. Gələn turlarda daha yaxşı oynamağa çalışacağıq. Komandadan razıyıq. “Qarabağ”a uğurlar arzulayırıq.
Quliyev matçda dubla imza Mirsayib Abbasovun oyuna start heyətdə başlamamasının səbəbini açıqlayıb: "Məşqlərə əsasən, qərar veririk. Hamıya şans veririk. Yəqin ki, o da start heyətində oynaya biləcək. İnanıram ki, buna layiq olduğunu göstərəcək".
Mütəxəssis müdafiə xəttində olan boşluqlardan narahat olduğunu dilə gətirib: "Bu, bizi narahat edir. Uşaq səhvlərindən qolar buraxdıq. Vaxtımız az olduğu üçün çox işləyə bilmirik. Gələn oyunlarda bu səhvlərdən dərs çıxarmalıyıq".
saytlarin hazirlanmasi