"Vorskla" üçün "Qarabağ"la oyunlar çətin olacaq"

14:23 - 28 Sentyabr 2018

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Ukraynanın "Dnepr-1" klubunda oynayan Sergey Kravçenko açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Vorksla"nın Avropa Liqasında "Qarabağ"la keçirəcəyi oyunların çətin keçəcəyini bildirib: "Qarabağ"ın oyunlarının nəticələrini izləyirəm. Hərdən klubun bəzi işçiləri ilə əlaqə saxlayıram. Onların güclü komandası var. "Vorskla" üçün "Qarabağ"la həm ev, həm də xüsusən səfər oyunu çətin olacaq. "Qarabağ" hazırlıqlı komandadır və avrokuboklarda təcrübəsi var".

Kravçenko "Vorskla"nın qrupdakı şanslarından danışıb: "Unai Emerinin "Arsenal"ı "Vorskla" ilə matça döyüşkən heyət buraxması məni təəccübləndirdi. Deməli, "Vorskla"ya hörmət edirlər. Poltavalıların "Emirates" stadionunda iki qol vurmağı və böyük hesablı məğlubiyyətdən qurtulmağı bacardı. Belə müsbət emosiyalar "Vorskla"ya "Zarya" ilə çempionatın prinsipial matçında qalib gəlməkdə kömək etdi. Ancaq açıq danışmalıyıq. "Vorskla" qrupdan çətin çıxa bilər. Ümid sonda ölür, amma sensasiya inandırıcı deyil"

 

"Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada baş tutacaq.

 

Kravçenko 2005-ci ildə "Qarabağ"da çıxış edib.

Xəbər xətti