Nazim Süleymanov: "Süni meydançalar futbolçulara pis təsir edir"

22:48 - 30 Sentyabr 2018

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının VI turunda “Zirə”yə 2-0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Çox gərgin oyun keçdi və bunun şahidi oldunuz. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadıq. Futbolun meyvəsi qoldursa, təkcə bu çatmırdı. Qol epizodları yaratdıq, bəzilərindən istifadə edə bilmədik. Qələbə qazanmaq hər zaman xoşdur.

 

- Özünüz də qol epizodlarından yararlana bilmədiyinizi qeyd etdiniz.  Hücumçu axtarışını davam etdirirsiniz?

- Bu barədə düşünmürük. Əlimizin altında olan futbolçulardan istifadə etməyə və irəliyə addımlamağa çalışacağıq.

 

- Son nöqtənin qoyula bilməməsinə səbəb nədir?

- Minimal hesabla irəlidə olmaq çox pisdir. Çünki rəqib hesabı bərabərləşdirə bilər. Bunu tələskənliklə əlaqələndirərdim. Futbolçularım meydanda özlərini daha rahat hiss etməlidirlər.

 

- Əfran İsmayılov 82-ci dəqiqədə əvəzlənməsini istədi. Gərgin oyunda təcrübəli futbolçunun əvəzlənməsini istəməsi doğru haldır?

- Burada amillər var. Məsələn, süni meydançalar futbolçulara pis təsir edir. Əfranı başa düşmək lazımdır. Bundan başqa, əlində zədə var idi. Ona görə də onu əvəzləmək məcburiyyətində qaldıq. 

Xəbər xətti