Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" - "Arsena" matçını italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Sportal.az xəbər verir ki, 37 yaşlı referinin təmsilçilərimizlə 2-ci dəfə yolu kəsişəcək. FIFA referisi 2014/15 mövsümündə Bakı "İnter"inin (indiki "Keşlə") Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"la qarşılaşmasını idarə edib. Sözügedən oyunda "İnter" 1-0 hesablı qələbə qazanmışdı. Massa meydan sahiblərinin 5, "İnter"in 2 futbolçusuna sarı vərəqə göstərmişdi.
Massa 34 beynəlxalq oyun idarə edib. O, bu qarşılaşmalarda 11 dəfə penalti təyin edib, 6 dəfə qırımızı, 138 dəfə isə sarı vərəqə göstərib.
Massa cari mövsüm Avropa Liqasında üç, İtaliya A Seriyasında altı oyuna təyinat alıb. İtaliyalı hakim Millətlər Liqasında Sloveniya - Bolqarıstan matçında (1:2) ədalət təmsilçisi olub. Massa bu qarşılaşmanın 50-ci dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevə sarı vərəqə göstərib.
saytlarin hazirlanmasi