Topaz Premyer Liqasının 6-cı turunda “Zirə”ni məğlub edən “Sumqayıt” bu gündən etibarən “Səbail”lə oyunun hazırlığına start verib.
Sportal.az xəbər verir ki, Nazim Süleymanovun yetirmələri bu gün “Kapital Bank Arena”nın köməkçi meydançasında məşqə çıxıb. Komadanln zədəli futbolçusu Elvin Məmmədov da hazırlıqda iştirak edib.
Hazırlığın ilk hissəsində yüngül qaçış və fiziki hərəkətlərlə kifayətlənən komanda ikinci hissədə iki qrupa bölünüb. Belə ki, “Zirə” ilə qarşılaşmada meydanda olanlar fitness zalında, digər futbolçular isə meydanda toplu hərəkətlər üzərində çalışıb.
Qeyd edək ki, “Səbail” – “Sumqayıt” qarşılaşması oktyabrın 5-də “Bayıl Arena”da keçiriləcək və saat 19:00-da start götürəcək.
saytlarin hazirlanmasi