"Qarabağ"ı məyus edən futbolçu: "Qol vurmaq mənim arzum idi"

12:33 - 5 Oktyabr 2018

"Arsenal"da ilk qolumu vurdum. Bunun üçün çox xoşbəxtəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Qarabağ”a 3-0 hesabı ilə qalib gələn “Arsenal”ın yarımmüdafiəçisi Emil Smit-Rou açıqlamasında deyib. Oyunda ikinci qolu vuran 18 yaşlı futbolçu arzusuna çatdığını bildirib:

"Arsenal"da qol vurmaq mənim arzum idi. Çox sevinirəm ki, buna nail oldum. Özümü xoşbəxt hiss edirəm".

Xəbər xətti