UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin III turunda keçirləcək “Qarabağ” – “Vorskla” oyunu haqda yazı hazırlayıb.
Sportal.az saytı statistik xarakterli məqaləni təqdim edir:
- “Vorskla” Avropa Liqasının qrup mərhələsində ilk turda səfərdə İngiltərə “Arsenal”ına məğlub oldu – 2:4. Poltavalılar ikinci turda "Sportinq"lə oyunda qələbəni son dəqiqələrdə məğlubiyyətə dəyişdi - 1:2. "Qarabağ" isə ilk turda səfərdə "Sportinq"ə 0-2, ikinci turda evdə "Arsenal"a 0-3 hesabı ilə uduzdu.
Əvvəlki qarşılaşmalar
- “Vorskla” ilk dəfə Azərbaycan klubu ilə üz-üzə gələcək.
- “Qarabağ” isə daha əvvəl 2 dəfə Ukrayna təmsilçisi ilə qarşılaşıb və bunların birində məğlub olub, digərində qalib gəlib. Avropa Liqasının 2014/15 mövsümündə "Qarabağ" qrup mərhələsi çərçivəsində səfərdə "Dnepr"ə 1-0 hesabı ilə qalib gəlsə də, evdə 1-2 hesabı ilə uduzmuşdu.
“Qarabağ”
- 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu. Komanda, həmçinin, ardıcıl 5 mövsümdü avrokuboklarda qrup mərhələsində çıxış edir. Azərbaycan təmsilçisi 4 dəfə AL, ötən mövsüm isə ÇL təcrübəsi yaşayıb. Komanda bu dəfə ÇL-in III təsnifat mərhələsində Belarus BATE-sinə ilişsə də, AL-in pley-offunda “Şerif”i (Moldova) mübarizədən kənarlaşdırdı.
- “Qarabağ” heç vaxt avrokuboklarda yaza qədər davam gətirə bilməyib. Komandanın Avropa Liqasındakı ev oyunlarının balansı belədi: 2 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət. Ağdam təmsilçisi qələbələrini 2015/16 mövsümündə “Anderlext” (1:0), bir il sonra isə PAOK (2:0) üzərində qazanıb.
- “Qarabağ” bu mövsüm avrokuboklarda evdə keçirdiyi 5 matçda qapısından 4 top buraxıb – 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət. Qrup mərhələsində evdə keçirdikləri son matçda “Arsenal”a 3 cavabsız qolla yeniliblər. Bundan başqa, “Qarabağ” ötən mövsüm evdə “Atletiko” ilə 0:0 hesablı heç-heçə edib. Səfərdə bu komanda ilə 1:1-lik heç-heçədən sonra Madrid klubu Avropa Liqasına yollandı, sonda isə turnirin qalibi oldu.
“Vorskla”
- 2017/18 mövsümündə Ukrayna Premyer Liqasında 3-cü pilləni tutdu. Bu, poltavalıların 1996/97 mövsümündən sonra ən yaxşı nəticəsi oldu və ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandılar.
- Bu, "Vorskla"nın Avropada 6-ci macərası olacaq. Poltava klubu 2-ci dəfə qrup mərhələsində çıxış edir. Ukrayna klubu 2011/12 mövsümündə 3 mərhələ keçdikdən sonra qrupda "Hannover", "Standard" və "Kopenhagen"lə eyni qrupda mübarizə apardı və son pilləni tutdu.
Əlaqələr:
- “Qarabağ”ın futbolçusu Ansi Aqolli Ukraynanın "Krivbas" klubunda çıxış edib. Alban futbolçu 2010/11 mövsümündə "Qarabağ"da icarədə oynadı, 2012-ci ildə isə birdəfəlik transfer edildi. "Vorskla"nın yarımmüdafiəçisi Aleksandr Kobaxidze 2009/10 mövsümündə Aqolli ilə birgə "Krivbas"da çıxış edib.
- "Vorskla" heç vaxt qrup mərhələsi matçında qalib gəlməyib (7 oyun). Yalnız iki klub - "Qəbələ" və "Slovan" (Bratislava) qrup mərhələsində çox oynayaraq, qələbəyə həsrət qalıblar (12 oyun).
Baş məşqçilər:
-“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 64 oyunda 14 qolla Azərbaycan millisi tarixinə ən yaxşı bombardirdi. Futbolçu kimi bir neçə klubun formasını geyinən mütəxəssis keçən ay “Qarabağ”ın “sükanı arxası”nda 10-cu ilini tamamladı. Bu müddət ərzində o, 5 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun sahibi, həmçinin avrokuboklarda müntəzəm olaraq qrup mərhələsində iştirak kimi uğurlara nail olub. Keçən mövsüm ölkə daxilində “qızıl dubl” edən Qurbanov Çempionlar Liqasında qrup macərası yaşadı. 2017-ci ilin noyabrından Azərbaycan millisinin də baş məşqçisidi.
- "Vorskla"nın baş məşqçisi Vasili Saçko da Qurbanov kimi, futbolçu karyerasında hücumçu olub. O, "Tavriya", "Oskil", "Volın", "Krivbass" klublarında çıxış edib. Saçko 2008/2012-ci illərdə "Vorskla"da çıxış edib. 43 yaşlı mütəxəssis klubda 4 il çıxış etdikdən sonra Poltava təmsilçisində iki il köməkçi məşqçi oldu. 2014-cü ildə isə komandanın "sükanı"na keçdi. Saçko 2011/12 mövsümündə "Vorskla"nın heyətində Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub.
saytlarin hazirlanmasi