Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Sportal.az xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer Leverkuzen” (Almaniya) oyununu idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
saytlarin hazirlanmasi