"Vorskla" Bakıya 22 futbolçu ilə gəlir

15:33 - 24 Oktyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah “Qarabağ”ın qonağı olacaq “Vorskla” klubu Bakıya yola düşüb.

 

Sportal.az xəbər verir ki, Poltava təmsilçisi paytaxtımıza 22 futbolçu ilə gəlir. Komandanın erməni futbolçusu Qeqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin zədəli olduqları üçün Ukraynada qalıblar. 

 

Qapıçılar: Boqdan Şust, Aleksandr Tkaçenko

 

Müdafiəçilər: Aleksandr Çijov, Ardin Dallku, Yevgeni Martınenko, Andro Giorqadze, Vladimir Çesnyakov, Vadim Sapay, İqor Perduqa, Artur, Taras Sak

 

Yarımmüdafiəçilər: Vyaçeslav Şarpar, Aleksandr Sklyar, Artyom Qabelok, Nacib Yakubu, Pavel Rebyonok, Maryan Mısık, Vladimir Odaryuk

 

Hücumçular: Vladislav Kulaç, Yuri Kolomets, Karyeka, Mixail Serqeyçuk

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.

Xəbər xətti