"Sabahkı oyun bizim üçün vacibdir. "Qarabağ" ölkəsində bir neçə dəfə çempion olub. Ötən mövsüm ÇL-də çıxış ediblər. Avrokuboklarda təcrübələri var. Ümid edirəm ki, sabah azarkeşlər oyundan zövq alacaqlar".
.
Sportal.az saytı xəbər verir ki, bu sözlər “Vorskla”nın futbolçusu İqor Perduta Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəkləri oyundan öncə deyib. 28 yaşlı müdafiəçi 3 xal üçün çalışacaqlarını deyib: “Qarabağ” çox güclü komandadı. Hücum xətti çox sürətlidi. Mərkəz hücumçuları İnnosent Emeqara, həmçinin cinah oyunçuları Mahir Mədətov və Abdullah Zubiri fərqləndirərdim. Ancaq biz də vətənə qələbə ilə dönmək istəyirik".
Futbolçu komandada maaş problemləri barədə bunları deyib: "Klub prezidenti həmişə çalışır ki, ödəməni vaxtında etsin. Bəzən müəyyən nüanslar olur. Komandada hər şey qaydasındadı, heç bir problem yoxdur".
saytlarin hazirlanmasi