"Başa düşürəm ki, "Qarabağ" çox çətin rəqibdir. Onların avrokuboklarda böyük təcrübəsi var".
Sportal.az xəbər verir ki, bu sözləri Ukraynaın "Vorskla" klubunun kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan öncə "Futbol 1" telekanalına açıqlamasında deyib. 30 yaşlı müdafiəçi Bakıdan azı 1 xalla qayıtmaq istədiklərini deyib: "Bizim üçün çox çətin olacaq. Ancaq məqbul nəticə üçün bütün gücümüzü ortaya qoyacağıq. Ən azı 1 xal qazanmaq istəyirik. Baxımlı, gözəl futbol da göstərmək istəyirik, amma ən önəmlisi xallar qazamaqdır".
Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu bu gün saat 20:55-də start götürəcək.
saytlarin hazirlanmasi