Almeyda oynadı, Enrike "Astana"ya Avropa Liqasında növbəti xalı qazandırdı

10:35 - 26 Oktyabr 2018

Qazaxıstanın “Astana” klubu Avropa Liqasının qrup mərhələsində üçüncü oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi klub səfərdə Çexiya təmsilçisi “Yablonets” 1:1 hesablı heç-heçə edib. "Astana"nın yeganə qoluna ötən mövsüm "Qarabağ"da çıxış edən Pedro Enrike imza atıb.

 

Start heyətdə meydana çıxan Almeyda 90-cı dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Astana” 3 turdan sonra 5 xalla yer aldığı K qrupunda liderdi. Kiyev "Dinamo"su da 5 xal toplayıb və 2-cidir. "Renn"in 3, "Yablonets"in 2 xalı var.

Xəbər xətti