"Qarabağ"la oyunun ən yaxşısı müəyyənləşdi

16:44 - 26 Oktyabr 2018

Avropa Liqasının qrup mərhələsin çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşan “Vorskla”nın heyətində görüşün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "football.ua" saytında keçirilən səsvermədə qələbə qolunun müəllifi Vladislav Kulaç birinci olub. 25 yaşlı hücumçu 56 faiz səs toplayıb. İkinci yeri 16,7 faiz səslə qapıçı Boqdan Şust tutub.

 

Qeyd edək ki, səsvermədə 600-dən çox adam iştirak edib.

Xəbər xətti