Əliyar Ağayevə kömək olan, "Qarabağ"a uğurlu hakim

14:46 - 5 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ" Ukraynanın "Vorskla" klubunun qonağı olacaq. Oyunun baş hakimi isveçrəli Sandro Şarer olacaq.

 

Sportal.az xəbər verir ki, referi ilk dəfə təmsilçimizin oyununu idarə edəcək.

 

Şarer "Qarabağ"ın oyununa ikinci dəfə təyinat alıb. İsveçrəli FIFA referisi daha öncə 2014/15 mövsümündə "Valetta" - "Qarabağ" oyununda 4-cü hakim funksiyasını yerinə yetirib. Sözügedən oyunda isə "köhlən atlar" Çumbinyonun qoluyla 1:0 hesabı ilə qalib gəlmişdi. Referi bu dəfə baş hakim kimi Ağdam klubunun oyununa təyinat alıb.

 

Şarer ötən mövsüm UEFA Gənclər Liqasnın yarım final mərhələsində keçirilən "Mançester Siti" - "Barselona" oyununu idarə edən Əliyar Ağayevin köməkçisi olub. 30 yaşlı ədalət təmsilçisi 4-cü hakim funksiyasını yerinə yetirməklə Ağayevə yardımçı olub.

 

Sandro Şarer indiyə kimi 31 dəfə beynəlxalq oyun idarə edib. O, bu oyunlarda 11 dəfə penalti qərarı verib. İsverçəli hakim 9 qırmızı və 111 sarı vərəqə göstərib.

 

Bu oyunda 4-cü hakim funksiyasını yerinə yetirən Rafael Zederin artıq 3-cü dəfə ağdamlılarla yolu kəsişib. O, 2015/16 mövsümündə keçirilən "Tottenhem" - "Qarabağ" görüşündə (3:1) yan xətt hakimi olub. Zeder 2016/17 mövsümündə "Qarabağ" - "Slovan" matçında (2:2) da yan xətt hakimi funksiyasını yerinə yetirib. Bu dəfə isə Rafael 4-cü hakim olacaq.

Xəbər xətti