“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sportinq” ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, Lissabon klubunun yarımmüdafiəçisi Rodriqo Battalya zədələnib. Argentinalı futbolçu Portuqaliya Premyer Liqasının 9-cu turunda səfərdə "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda sıradan çıxıb. Sağ dizinin ön çarpaz bağları qopan futbolçu əməliyyat ediləcək və uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
27 yaşlı futbolçu noyabrın 29-da Avropa Liqasının 5-ci turunda “Qarabağ”la Bakıda keçirəcəkləri görüşü zədə səbəbindən buraxmalı olacaq.
saytlarin hazirlanmasi