"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda "Vorskla"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Poltavadakı Aleksey Butovski adına stadionda keçiriləcək matça maraq böyük deyil. Dünən axşama olan məlumata görə, təxminən 8 min bilet satılıb. Bu gün sayın ciddi artmayacağı, qarşılaşmanı 10 min ətrafında azarkeşin izləyəcəyi gözlənilir.
Matçın baş tutacağı stadion 24795 nəfərdi. "Vorskla" - "Qarabağ" görüşü 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi