Şarpar: "Bu hadisələr bizim oyuna pis təsir etdi"

13:11 - 9 Noyabr 2018

"Qarabağ" bu oyunda qalib gəlməyə layiq idi. Üstəlik, meydan daha sürüşkən idi. Sanki qış idi. Topun yerdən sıçrayışı adi qaydada deyildi. Buna gec uyğunlaşdıq. Əvvəlki oyunlarda hər şey qaydasında olurdu.".

 

Sportal.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Vorskla"nın futbolçusu Vyaçeslav Şarpar deyib. 31 yaşlı yarımmüdafiəçi məğlubiyyətin səbəblərini açıqlayıb: "Erkən qol buraxmaq bizi sındırdı. İlk hissədə kobud səhvlər etdik. Yalnız fasilədən sonra oynamağa başladıq. Bir neçə qol şansımız olsa da, bəxtimiz gətirmədi. Onları dəyərləndirə bilərdik".

 

Şarpar oyunda azarkeşlərin davranışlarına görə yaranmış fasilənin onlara pis təsir etdiyini sözlərinə əlavə edib: "Bu hadisələr bizim oyuna pis təsir etdi. Tempi artırmışdıq ki, 3-4 dəqiqə sonra fasilə yarandı. Az vaxt keçdi və yenə eyni, amma daha uzun fasilə oldu. Bu da heç də yaxşı olmadı. Fasilələrin yaranması pis oldu".

 

Ukraynalı dayaq yarımmüdafiəçisi qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Sonadək mübarizə aparacağıq. Onda da nə olacağı bilinəcək. İndi biz meydana çıxıb oynamalı, qarşıdakı hər görüşdə xallar qazanmağa ümid etməliyik".

 

Xəbər xətti