"Sportinq"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

13:02 - 10 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq”də itkilər var.

 

Sportal.az xəbər verir ki, Lissabon klubunun cinah yarımmüdafiəçisi Markos Akunya və müdafiəçisi Jeremi Matye Bakıdakı görüşü buraxacaq. Matye “Arsenal”la matçda (0:0) birbaşa qırmızı vərəqə alıbsa, Akunya qrup mərhələsində 3-cü sarı vərəqəsini alıb.

 

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” matçı saat 21:55-də başlayacaq.

Xəbər xətti