"Sportinq"in yeni baş məşqçisi: "Bakıda mərhələ adlamaq istəyirik"

12:13 - 14 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun yeni baş məşqçisi Marsel Kayzer açıqlama verib.

 

Sportal.az xəbər verir ki, hollandiyalı mütəxəssis Avropa Liqasındakı hədəflərindən danışıb: "Turnirdə bacardığımız qədər irəli getmək istəyirik. Ötən tur "Arsenal"la oyunu izləmişəm. Komandanın topa sahib olması məni sevindirən amil oldu. Qrupda son ik oyunumuzu "Qarabağ" və "Vorskla"ya qarşı keçirəcəyik. Bakıda "Qarabağ"a qalib gəlib, mərhələ adlamalıyıq. Orada işimizi çətinləşdirmək istəmirik".

 

Qeyd edək ki, E qrupunda qərarlaşan "Qarabağ"ın 3 xalı var. 10 xalı olan "Arsenal" 1/16 finala yüksəlib. "Sportinq" 7, "Vorskla" 3 xala sahibdir.

Xəbər xətti