"Sportinq"in qapıçısı: "Qarabağ"la oyunda qələbədən başqa nəticə bizi qane etmir"

13:31 - 23 Noyabr 2018

"Çempionatda yaranan bu fasilə bizim xeyrimizə oldu. Bu müddət ərzində yeni məşqçimizin metodlarını yaxşı başa düşdük. İnanıram ki, çox çətinlik çəkməyəcəyik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Sportinq"in futbolçusu Renan Ribeyro "Record"a açıqlamasında deyib.

 

Braziliyalı qapıçı Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyunla bağlı fikirlərini bildirib: "Qarşıda iki əhəmiyyətli matç var - Portuqaliya Kubokunda "Lusitano" və "Qarabağ"a qarşı Avropa Liqasındakı oyunumuz. Biz bu görüşlərdə qələbə qazanmalıyıq. Başqa bir nəticə bizi qane etmir". 

 

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti