UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Ukraynanın "Vorskla" klubu İngiltərə nəhəngi "Arsenal"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi məkan dəyişdirilib. Belə ki, oyun Poltava şəhərində yerləşən Aleksey Butovski adına stadionda baş tutmayacaq. Buna səbəb Poltavada və bu şəhərə yaxın bölgələrdə hərbi vəziyyətin elan edilməsidi. Təhlükəsizliyi nəzərə alan UEFA qarşılaşmanın Kiyev şəhərində keçirilməsinə qərar verib. Görüş noyabrın 29-u Kiyev Olimpiya Stadionda reallaşacaq.
Qeyd edək ki, təmsilçimiz "Qarabağ" "Vorskla" ilə Poltava şəhərində oynamışdı və 1:0 hesabı ilə qalib gəlmişdi.
saytlarin hazirlanmasi